SON XƏBƏRLƏR

Güneyli tələbə hərəkatı fəalı həbsxanaya köçürülüb

2024.01.14, 11:24
Güneyli tələbə hərəkatı fəalı həbsxanaya köçürülüb

Tehran Universitetinin antropologiya fakültəsinin azərbaycanlı tələbəsi və tələbə hərəkatı fəalı Məhəmməd Şəbahəti Tehranın Evin həbsxanasına köçürülüb.

Gunaz.tv

Bildirilib ki, yanvarın 9-da Tehrandakı mənzilində təhlükəsizlik məmurları tərəfidən saxlanılaraq təcridxanaya aparılan və yanvarın 12-də həbsxanaya köçürülən fəalın ittihamı barədə açıqlamaverilməyib.

Qeyd edək ki, azərbaycanlı tələbə bundan əvvəl 2022-ci il dekabrın 7-də Tehran Universitetində həbs edilmişdi və 33 gün saxlanıldıqdan sonra girov qarşılığında sərbəst buraxılmışdı.

Bununla yanaşı Tehran Universitetinin intizam komitəsi Məhəmməd Şəbahətini iki semestr təhsildən məhrum edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar