SON XƏBƏRLƏR

Məscidə bağlı məktəblər İranın təhsil sisteminə rəsmən daxil edildi

2024.01.15, 13:39
Məscidə bağlı məktəblər İranın təhsil sisteminə rəsmən daxil edildi

İranın Məktəblər və Qeyri-dövlət Mərkəzlərinin İşləri üzrə Təşkilat “məscidə bağlı və nəzdinə fəlaiyyət göstərəcək” məktəblərin təsis edilməsi şətlərini açıqlayıb.

Gunaz.tv

Bu barədə təşkilatın sədri Əhməd Mahmudzadə məlumat verib. 

Şərtlərə əsasən,azı 30 yaşında və bakalavr sənədinə malik olanlar evli olmaq şərti ilə, bu məktəbləri məscidlərin nəzdində təsis edə bilrələr. 

Həmçinin məscidlərə mülkiyyətlərində olan yanaşı inzibati və ticarət sahələrini “standartlara riayət olunmaqla” məkəbə çevirmələrinə icazə verilib.

“Bu hərəkətlə məscidlərin potensial imlanlarından ölkənin təhsil sistemi üzrə istifadə etmək niyyətindəyik”- deyə Mahmudzadə vurğulayıb. 

Açıqlanmayan məqsəd isə şagirdlərə dini düşüncələrin daha da aşılanmasıdır. 

İranda məktəb çatışmazılığı olduğunu nəzərə alaraq təşkilatın bu hərəkəti məqsədəuyğun görünür. 

Lakin məscidlərin nəzarətində olacaqlarına görə şagirdlərə təhsillə yanaşı, hansı düşüncələrin aşılanacağı şübhə doğurur.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar