SON XƏBƏRLƏR

Ərdəbildə ekoloji problem yaşanır

2024.01.16, 13:56
Ərdəbildə ekoloji problem yaşanır

Ərdəbil şəhərindən keçən Qarasu çayı çirkab suları və sənaye tullantıları ilə çirkləndirilir.

Gunaz.tv

Bu barədə məlumat yayan yerli ekofəallar çayın çirklənməsi nəticəsində şəhər və ətraf bölgələrdə müxtəlif xəstəliklərin yayıldığını bildirblər.

Bununla yanaşı, ətraf bölgələrdəki 100 kəndin əkin sahələrinin suvarılmasında istifadə olunan suyun kənd təsərrüfatına ziyan vurduğu qeyd edilib.

Ərdəbil şəhərinin 14 kilometrliyində yerləşən Nücədə kəndinin sakinləri bildirirlər ki, bundan öncə əlaqədar qurumlara dəfələrlə məktub yazıb,  sənaye şəhərciyinin rəhbərliyinə müraciət etsələr də, heç bir müsbət nəticə ala bilməyiblır.

“Sənaye şəhərciyinin çirkli və kanalizasiya sularının Qarasu çayına axıdılması çayda olan balıqların və digər canlıların məhv olmasına, bölgənin ekosisteminin dəyişməsinə və ətrafdakı əkin sahələrinin yararsız hala düşməsinə səbəb olub”,- kəndlilər sosial mediadakı paylaşımlarda yazıblar.   

Qeyd edək ki, Savalan ətəklərindən qaynaqlanan və Ərdəbil şəhərinin içindən keçərək 210 kilometr uzunluğundakı Qarasu çayı ilə birləşən Balıqlıçay Ərdəbilin təbii simvollarından biri sayılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar