SON XƏBƏRLƏR

Urmulu siyasi məhbus aclıq aksiyasına əl atıb

2024.01.17, 11:20
Urmulu siyasi məhbus aclıq aksiyasına əl atıb

Qərbi Azərbaycan əyalətinin Urmu (Urmiya) şəhərinin həbsxanasında saxlanılan siyasi məhbus Hamid Qaraoğlani yanvarın 15-dən aclıq aksiyası keçirir.

Gunaz.tv

O, epilepsiya və başqa bir neçə xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xəstəxanada müalicəsinə icazə verilməməsinə etiraz edir.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmu İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, "ABŞ, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleimaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 13 il həbs cəzasına dəyişdirilib.

Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar