SON XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan qruplaşma üzvləri SEPAH-ın hücumlarına dəstək verdi

2024.01.17, 13:03
Azərbaycanda axtarışda olan qruplaşma üzvləri SEPAH-ın hücumlarına dəstək verdi

Azərbaycanda axtarışda olan və İrana sığınaraq SEPAH və təhlükəsizlik qurumlarının himayəsi altında fəaliyyət göstərən "Hüseyniyyun" qruplaşmasının üzvləri bəyanat yayıblar.

Gunaz.tv

Onlar  SEPAH-ın qonşu ölkələrə raket hücumlarına dəstək verib, bunun davamlı olmasını arzu ediblər.

Qruplaşma raket və PUA hücumlarını ötən ilin dekabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan yeni mərhələ adlandırıb.

Bəyanatda "sionizmin tezliklə yer üzündən silinəcəyi və Qüdsün azad ediləcəyi" qeyd edilib.

Qeyd edək ki, SEPAH-ın İraqın şimalı və Pakistanla sərhəddə yerləşən bölgələrə endirdiyi raket zərbələri nəticəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər ölüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar