SON XƏBƏRLƏR

Urmu həbsxanasında məhkum intihar etdi

2024.01.18, 14:24
Urmu həbsxanasında məhkum intihar etdi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında Əmir Şahbazi adlı məhbus intihar edib.

Gunaz.tv

4 il əvvəl həbs edilən məhkum həbsxana rəhbərliyi və nəzarətçilərin təzyiqlərinə, habelə barmaqlarının kəsilməsi barədə yeni qərar çıxarılması səbəbindən özünə qəsd edib.

"Əmir Şahbazi yanvarın 17-də növbəti dəfə təkadamlıq kameraya köçürüldüyü zaman çox sayda həbb udaraq özünü öldürüb",- məlumatda bildirilib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əfv Təşkilatı İran həbsxanaları ilə bağlı yaydığı 108 səhifəlik hesabatda Urmu həbsxanası ən qorxulu və intihar sayının çox olduğu həbsxanalardan biri kimi qeyd edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar