SON XƏBƏRLƏR

Pakistanda İran təxribatlarına qarşı aksiyalara çağırışlar edildi

2024.01.18, 17:00
Pakistanda İran təxribatlarına qarşı aksiyalara çağırışlar edildi

İranın Pakistan ərazisinə raket zərbələri endirməsindən sonra İslamabadda Tehrana qarşı ictimai rəy daha da pisləşib.

Gunaz.tv

Bu barədə pakistanlı sosial media istifadəçilərinin paylaşımlarında bildirilib.

İranın Pakistana raket hücumlarına rəsmi İslamabadın cavab zərbəsinə baxmayaraq, Tehran hökumətinə qarşı kütləvi nümayişlərin keçirilməsinə çağırışlar edilib.

Aksiyaya çağıranlar Pakistanın İrandakı diplomatik nümayəndəliklərinin fəaliyyətinin dayandırılmasını, İranın bu ölkədəki səfirlik və konsulluqlarının bağlanmasını tələb edirlər.

Çağırışçılar İranın qonşu ölkələrdə din adı altında casusluq və terror təşkilatları qurduğunu bildirir, Pakistanda Tehrana bağlı qurum və qruplaşmalara qarşı tədbirlər görülməsini istəyirlər.

Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb.

Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 12 nəfər ölüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar