SON XƏBƏRLƏR

Rusiya səfiri: "Gümrüdəki bazamızın çıxarılmasından söhbət gedə bilməz"

2024.01.19, 10:43
Rusiya səfiri: "Gümrüdəki bazamızın çıxarılmasından söhbət gedə bilməz"

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanla bağlı diqqət çəkən açıqlamalar verib.

Gunaz.tv

O, RİA Novosti-yə müsahibəsində deyib ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılmasından söhbət gedə bilməz.

"Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfdən verilən rəsmi açıqlamalara orientasiya oluram , bazanın çıxarılmasından söhbət gedə bilməz.

Rusiya tərəfdən də belə siqnallar olmayıb", - səfir Gümrüdəki bazanın bağlanması və Rusiya sərhədçilərinin ölkəyə geri qaytarılması ilə bağlı İrəvandan hər hansı siqnalın olub-olmamasına dair sualı cavablandırarkən vurğulayıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar