SON XƏBƏRLƏR

Koalisiya qüvvələri husilərin mövqelərinə zərbələr endirib

2024.01.23, 11:35
Koalisiya qüvvələri husilərin mövqelərinə zərbələr endirib

Koalisiya qüvvələri Yəməndə husilərin mövqelərinə səkkiz zərbə endirib, üsyançıların yeraltı anbarları, raket buraxılışları və havadan müşahidə ilə bağlı obyektləri hədəfə alınıb.

Gunaz.tv

Bu barədə Avstraliya, Bəhreyn, Böyük Britaniya, Kanada, Niderland və ABŞ-nin birgə açıqlamasında bildirilir.

"Bugünkü zərbələrdə xüsusi olaraq husilərin yeraltı anbarını və raket imkanları və onların havadan müşahidəsi ilə əlaqəli yerləri hədəf alınıb", - deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, həmin ölkələrin dəstəyi ilə ABŞ və Böyük Britaniya Qüvvələrinin vurduğu "yüksək dəqiqlikli zərbələrin məqsədi" husilərin beynəlxalq ticarəti və günahsız dənizçilərin həyatını təhdid etmək imkanlarını məhdudlaşdırmaq, aradan qaldırmaqdır.

Koalisiyanın açıqlamasında bildirilir ki, “məqsəd Qırmızı dənizdə gərginliyi aradan qaldırmaq və sabitliyi bərpa etməkdir: “Biz husilərin rəhbərliyinə xəbərdarlığımızı təkrarlayırıq: davam edən təhdidlər qarşısında insanların həyatını və dünyanın ən mühüm su yollarından biri boyunca sərbəst ticarət axınını qorumaqdan çəkinməyəcəyik”.

Bəyanatda vurğulanır ki, keçən il noyabrın ortalarından bu günədək husilər artıq Qırmızı dənizdə gəmilərə 30-dan çox hücum həyata keçiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar