SON XƏBƏRLƏR

Qubadlının vəkili onun edamının qanunsuz olduğunu sübut etməyə hazırdır

2024.01.23, 15:08
Qubadlının vəkili onun edamının qanunsuz olduğunu sübut etməyə hazırdır

Bu gün səhər edam olunmuş Məhəmməd Qubalının vəkili Əmir Rəisian onun edam olunmasının qanunsuz olduğunu sübut etmək üçün açıq debata hazır olduğunu deyib.

Gunaz.tv

Məhəmməd Qubadlı ötən il “Qadın,Yaşam, Azadlıq” Hərəkatında nümayişlər zamanı bir polis məmurunun öldürülməsində ittiham olunaraq barəsində qisas hökmu çıxarılmaqla Kərəc şəhərinin Qızıl Hisar Həbsxanasında edam olunub. 

Rəisianın məlumatına əsasən Qubadlı barədə  çıxarılmış edam hökmü ötən ilin iyun ayında İran İslam Respublikası Ali Məhkəməsinin tərəfindən ləğv olunaraq yenidən baxılması üçün başqa bir şöbəyə göndərilib. 

“Digər şöbə də edam barədə hökmü təsdiqləməyib. Məhkəmə sistemi də bizə hər hansı başqa bir hökmün olub olmadığını bildirməyib. Həmçinin Qubadlının edam olunacağı bizə edamından bir-iki saat əvvəl bildirilib.”- deyə Rəisian əlavə edib. 

Vəkil apellyasiya şikayətinin Ali Məhkəmə tərəfindən iki dəfə qəbul olunmadığı barədə İranın məhkəmə sisteminin iddiasına  “X” sosial şəbəkəsində mövqe bildirib. 

“Bu halda, doğru deyirsizsə KİV iştirakı ilə iş üzrə sənədlər və hökmləri təqdim edərək açıq debat keçirək. Özünüzü haqlı bilirsinizsə edam hökmünün çıxarılma tarixini və nömrəsini açıqlayın.” Əmir Rəisian vurulayıb. 

Qeyd edək ki, həmçinin 15 digər məhkəmə vəkili Məhəmməd Qubadlı barədə edam hökmünün qanuna zidd olduğunu bildiriblər.

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar