SON XƏBƏRLƏR

ABŞ iranlı iş adamına görə 15 milyon dollar mükafat təyin etdi

2024.01.24, 15:53
ABŞ iranlı iş adamına görə 15 milyon dollar mükafat təyin etdi

ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün mükafat" layihəsi çərçivəsində SEPAH-a bağlı iş adamı Hüseyn Hatifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edilib.

Gunaz.tv

"Bu iranlı iş adamı İran İnqilab Keşikçiləri Korpusunun silah istehsal etmək üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib",- nazirliyin məlumatında bildirilib.

Bu məlumata görə, əldə edilən hərbi texnikanın satışı SEPAH-a beynəlxalq terror fəaliyyətləri üçün lazım olan maliyyə resurslarını təmin etməyə imkan verib.

ABŞ Maliyyə Nazirliyi bundan əvvəl İran üçün pilotsuz təyyarə hissələrinin çatdırılmasındakı roluna görə Hüseyn Hatfi Ərdəkaniyə sanksiya tətbiq edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar