SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İrandakı edamlarla bağlı bəyanat yaydı

2024.01.25, 16:09
Beynəlxalq Əfv Təşkilatı İrandakı edamlarla bağlı bəyanat yaydı

Beynəlxalq Əfv Təşkilatı etiraz aksiyalarında həbs edilən siyasi məhbusların edam edilməsi ilə bağlı bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda 2022-ci ilin sentyabr ayından başlayan aksiyalarda saxlanılan Məhəmməd Qubadlu və Fərhad Səliminin edamı pislənilib və bu İran hökumətinin cinayət törətmək əməli kimi qiymətləndirilib.

Siyasi məhbusların edam edilməsi İran hakimiyyətinin qəddar səltənətinin yeni barbarlıq nümunəsi adlandırılıb.

"Məhkəmə orqanları gizli şəkildə hüquqi prosedurlardan yan keçərək humanizmin və qanunun aliliyinin təməl prinsiplərini açıq şəkildə pozublar",- bəyanatda bildirilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar