SON XƏBƏRLƏR

İran həbsxanalarında məhkumlar edam edildi

2024.01.26, 15:15
İran həbsxanalarında məhkumlar edam edildi

Son 24 saatda Şiraz, Şirvan, Səbzvar və Həmədan şəhərlərinin həbsxanalarında 6 məhkumun edam hökmü yerinə yetirilib.

Gunaz.tv

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məhkumların narkotik maddələrin qanunsuz alveri və adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Bu, 2022-ci illə müqayisədə 33% çoxdur.

Məhkumlardan 7-i şəhərlərdə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar