SON XƏBƏRLƏR

Avropa ölkələri İranın orbitə peyk buraxmasını pislədi

2024.01.27, 10:45
Avropa ölkələri İranın orbitə peyk buraxmasını pislədi

Qərbin İranla “Hərtərəfli Birgə Fəaliyyət Proqramı” kimi tanınan nüvə razılaşmasının avropalı üzvləri olan Almaniya, Britaniya və Fransa  İran hökumətinin "Sürəyya" peykinin orbitə buraxılmasını pisləyən birgə bəyanat yayıb.

Gunaz.tv

Bəyanatda Tehranın bu proqramı inkişaf və davam etdirməsinin beynəlxalq ictimaiyyətin raket proqramını dayandırmaq tələbi və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə zidd olduğu bildirilib.

“Belə addımlar İrana ballistik raket proqramını daha da inkişaf etdirmək üçün istifadə edə biləcəyi texnologiyaları sınaqdan keçirməyə imkan verir, bu da regional və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır”, - bəyanatda qeyd edilib.

Qeyd edək ki, yanvarın 20-də "Sürəyya" İran Kosmik Agentliyi tərəfindən istehsal edilən tədqiqat peyki “Qaem-100” daşıyıcı raketindən istifadə edilməklə orbitə buraxılıb. 

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar