SON XƏBƏRLƏR

"30 min əlil şagird məktəbdə tədrisdən qalıb" - İranın təhsil nazirinin müavini

2024.01.27, 12:41
"30 min əlil şagird məktəbdə tədrisdən qalıb" - İranın təhsil nazirinin müavini

İbtidai təhsil üzrə nazir müavini təhsili buraxma barədə statistikaya toxunaraq, təxminən 30 min əlil şagirdin tədrisdən qaldıqlarını deyib.

Gunaz.tv

Məsumə Nəcəfi  Pazuki yanvarın 26-sı əlil şagirdlər barədə IRNA XA ilə müsahibəsində deyib: “Təhsil Nazirliyi bu uşaqlar üzrə dəqiq statistikaya malik deyil”.

Nazirliyin rəsmisi yeni statistikaya əsasən əlil şagirdlərdən əlavə təxminən 140 min şagirdin ibtidai təhsil pilləsində təhsildən qaldıqlarını bildirib.

Həmçinin Ditrofiya Xəstələrini Himayə Cəmiyyətinin icraçı direktoru Ramək Heydəri respublikanın məktəblərində bu tip şagrdlər üçün şəraitin hazılanmadığını qeyd edib. 

“Bu xəstəliyə tutulmuş uşaqların 80 faizi onlara münasib şəraitin yaradılmdığına görə təhsili buraxmalı olublar” - deyə Heydəri vurğulayıb.

Distorfiya əzələlərin zəyifləməsi anlamında olmaqla irəliləyən və hərəkət edə bilmə qabiliyyətini itirməklə nəticələnən genetik xəstəliyə deyilir. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar