SON XƏBƏRLƏR

Güneyli siyasi məhbus BMT baş katibinə məktub yazıb

2024.01.27, 12:53
Güneyli siyasi məhbus BMT baş katibinə məktub yazıb

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi BMT-nin baş katibi Antonio Quterreşə məktub yazıb.

Gunaz.tv

O, BMT-nin baş katibi Antonio Quterreşdən İran hökumətinin qadınlara qarşı cinsi ayrı-seçkilik siyasətini beynəlxalq sənədlərdə cinayət kimi qəbul edilməsini istəyib.

"İslam Respublikası sistemli və məqsədyönlü şəkildə hökumətin bütün imkanlarından istifadə etməklə, xüsusən də qanunlar yaratmaqla qadınları özünə tabe etmək siyasətini təbliğ edir və onları insan haqlarından məhrum edir",- Nərgiz Məhəmmədi qeyd edib.

Siyasi məhbus, belə bir vəziyyətdə təkcə qadınlar deyil, bütün İran cəmiyyətinin institutsionallaşdırılmış genişmiqyaslı ayrı-seçkiliyin dəhşətli və dözəlməz nəticələrindən əziyyət çəkdiyini bildirib.

"Qadınların qadın olduqlarına görə amansızcasına sıxışdırıldığı və ayrı-seçkiliyə məruz qaldığı bir cəmiyyətdə insanlıq sözün əsl mənasında məhv olmaq təhlükəsi ilə üzləşir",- Nərgiz Məhəmmədi məktubunun davamında qeyd edib.

O, İran və Əfqanistan hökumətlərinin qadınlara qarşı siyasətinin oxşar olduğunu yazıb və bildirib ki, hər iki ölkənin hakimiyyətləri dindən zülm və hökmranlıq üçün vasitə kimi istifadə edirlər

Qeyd edək ki, bu ilin oktyabr ayında onlarla tanınmış sima və hüquq müdafiəçisi açıq məktub yazaraq, BMT-yə üzv dövlətlərdən İranda gender aparteidini  insanlıq əleyhinə cinayətlərə dair konvensiya layihəsinə əlavə etməyi tələb ediblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar