SON XƏBƏRLƏR

Güneyli siyasi məhbusun durumu ağırlaşıb

2024.02.02, 09:45
Güneyli siyasi məhbusun durumu ağırlaşıb

Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərinin həbsxanasında saxlanılan Hamid Qaraoğlaninin durumu aclıq aksiyasının 18-ci günündə ağırlaşıb.

Gunaz.tv

Bildirilib ki, məhbusun vəziyyətinin ağırlaşmasına və həyatının təhlükədə olmasına baxmayaraq, həbsxana məsulları onun müalicəsi üçün heç bir addım atmayıblar.

Epilepsiya və başqa bir neçə xəstəlikdən əziyyət çəkən Həmid Qaraoğlani müalicəsinə icazə verilməməsinə etiraz olaraq 13 yanvar tarixindən aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, Hamid Qaraoğlani 27 iyun 2020-cı ildə saxlanılıb, 28 sentyabr 2020-cı ildə Urmiya İnqilab Məhkəməsinin 2 saylı bölməsində mühakimə olunub.

O, "ABŞ, və İsrailə casusluqda”, “xarici KİV-lərlə əlaqə”də, “rəhbəri təhqir etmək”də, "Qasım Süleimaninin şəklini cırmaq”da günahlandırılıb.

Azərbaycanlı məhbusun barəsində çıxarılan edam qərarı sonradan 13 il həbs cəzasına dəyişdirilib.

Qaraoğlani barəsində irəli sürülən ittihamların əsassız olduğunu və ondan işgəncə altında məcburi etiraf alındığını bildirib.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar