SON XƏBƏRLƏR

Milli məhbuslara dəstək aksiyası davam edir

2024.02.02, 11:57
Milli məhbuslara dəstək aksiyası davam edir

Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil əyalətlərindən olan məhbus fəallara dəstək aksiyaları davam edir.

Gunaz.tv

Güney Azərbaycan və İranda yaşayan qeyri-fars xalqların nümayəndələri sosial mediada həbs edilən azərbaycanlı milli məhbuslara dəstək kampaniyası keçirirlər.

"Səsimizə səs olun" adı altında keçirilən kampaniyaya qoşulan minlərlə fəal qısa video müraciətlər yayaraq azərbaycanlı milli fəalların qanunsuz saxlanıldıqlarını deyir, onların sərbəst buraxılmalarını tələb edirlər.

Bir neçə gün əvvəl başladılan kampaniya geniş əks-səda doğurduğu üçün xarici media və xaricdə fəaliyyət göstərən İrana müxalif xəbər agentlikləri və televizya kanallarının da manşetinə çıxarılıb.

"Onların günahı bütün insanlar üçün səadət və azadlıq, İranda azərbaycanlıların milli hüquqlarının təmin olunmasını istəmələridir, onları sərbəst buraxın",- kampaniyaya qoşulanlar qeyd edirlər.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli, Muxtar İbrahimi, Əsgər Fərəci, İbrahim Rəşidi, Əli Rzayi, Saleh Molla Abbasi, Mahmud Ocaqlu, Əli Rəzizadə, Pejman İslami, Səhənd Nurməhəmmədzadə, Məhəmməd Məliki, Milad Azmun, Pərviz Siyabi, Armita Pavir, Milad Cəlili, Fərzanə Qarahəsənli, Həmid Qarahəsənli, Əhmədrza Cəlali və başqa bir neçə azərbaycanlı fəal həbsdədir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar