SON XƏBƏRLƏR

Azərbaycanın talandığını ifadə edən bannerlər qaldırılıb

2024.02.03, 13:52
Azərbaycanın talandığını ifadə edən bannerlər qaldırılıb

Milli aktivistlər Təbriz şəhərinin məhəllələrində bannerlər qaldırmaqla Güney Azərbaycanın əleyhinə yürüdülən müstəmləkəçilik siyasətlərinə etirazlarını bildiriblər.

Gunaz.tv

Aktivistlər bannerlərdə Azərbaycanın iqtisadiyyatının qəsdən çökdürmə siyasətlərini qınayaraq tək çıxış yolunun Milli Hökumətin qurulması olduğunu deyiblər. 

Həmçinin, ulu öndər Məhmməd Əmin Rəsulzadənin məşhur “insanlara hürriyyət, millətlərə istiqlal” sözü banerlərdə qeyd olunub. 

Habelə, Azərbaycanın sərvətlə zəngin olduğu, lakin şəraitin təmin olunmadığına görə əhalisnin işləmək üçün digər şəhərlərə üz tutduqları vurğulanmaqla Azərbaycanın talanmasına son qoyulması tələb olunub. 

Xatırldaq ki, azərbaycanlı aktivistlər sivil yollarla bölgənin yeraltı sərvətlərinin talanmasına və gənclərin işsizliyə məruz qalmaqlarına etirazlarını bildirdiklərinə görə hökumət tərəfindən dəfələrlə hədələnib, saxlanılıb və həbs olunublar. 

Taymaz
.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar