SON XƏBƏRLƏR

Astara və Təbrizdə milli fəallar həbs edildi

2024.02.08, 10:29
Astara və Təbrizdə milli fəallar həbs edildi

Təhlükəsizlik məmurları Astara şəhərində yaşayan Abdullah Vahidi və Təbrizdə yaşayan Araz Amanı həbs ediblər.

Gunaz.tv

Bu barədə onların yaxınları məlumat yayıb, fəalların hara aparıldığı barədə məlumat ala bilmədiklərini bildiriblər.

Məlumatda Təbrizdə yaşayan Araz Amanın evinə basqın edildiyi, onun döyülərək qandallandığı qeyd edilib.

Fəalların nədə ittiham olunduqları barədə məlumat verilməyib.

Qeyd edək ki, son 3 gün ərzində Astara, Urmu, Təbriz, Ərdəbil və İslamşəhrdə 10 milli fəal həbs edilib.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar