SON XƏBƏRLƏR

İranlılar milli yığmanın məğlubiyyətinə sevinirlər

2024.02.09, 10:19
İranlılar milli yığmanın məğlubiyyətinə sevinirlər

Asiya Millətlər Kubokunun yarımfinalında İranın futbol üzrə milli yığmasının Qətər qarşısında məğlubiyyəti bir çox iranlılar tərəfindən sevinclə qarşılaşıb.

Gunaz.tv

Onlar milli yığmanın xalqın deyil, hakimiyyətin maraqları və siyasətlərinə xidmət etdiyini yazıblar.

Bir çox iranlı sosial media istifadəçiləri bildiriblər ki, milli yığmanı təşviq etmək üçün Qətərə göndərilənlər SEPAH və ona bağlı "Bəsic" təşkilatının üzvləri olub.

Qeyd edək ki, Asiya Millətlər Kubokunun yarımfinalında İranın futbol üzrə milli yığması Qətərlə qarşılaşıb və görüş 3:2 hesabı ilə Qətərin xeyrinə başa çatıb. 

Qarşılaşma fevralın 7-i axşam saatlarında Qətərin 40 min nəfərlik Əl-Təmamə stadionunda baş tutub.
 
Bununla da İran yığması Asiya Millətlər Kubokunun final mərhələsinə yüksələ bilməyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar