SON XƏBƏRLƏR

Təhlükəsizlik Nazirliyi güneyli siyasi məhbusa qarşı təzyiqləri artırıb

2024.02.10, 13:13
Təhlükəsizlik Nazirliyi güneyli siyasi məhbusa qarşı təzyiqləri artırıb

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi Tehranın Evin həbsxanasında saxlanılan Nobel Sülh mükafatı laureatı, siyasi məhbus Nərgiz Məhəmmədiyə qarşı təzyiq və qadağaları artırıb.

Gunaz.tv

Bu barədə Məhəmmədinin ailəsi məlumat yayıb.

Bildirilib ki, 23 noyabr 2023-cü ildən bu yana onun yaxınları ilə telefon danışığı və görüşlərinə tətbiq edilən məhdudiyyətlər qeyri-müəyyən müddətədək uzadılıb.

Bunun güneyli hüquq müdafiəçisinin həbsxana daxilində fəaliyyətini davam etdirməsi, cinsi ayrı-seçkiliklə bağlı BMT-nin Baş katibinə məktub yazması və həbsxanadan mediaya məlumatlar ötürməsi ilə əlaqəlidir.

Qeyd edək ki, Nərgiz Məhəmmədi 1972-ci il aprelin 21-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. Tanınmış jurnalist və hüquq müdafiəçisi, Azərbaycan türküdür. İranda bir sıra KİV-də işləyib.

Ötən ay 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülən Nərgiz Məhəmmədi, son dəfə 2021-ci ilin noyabr ayında həbs edilib.

12 il 3 ay həbs, 154 şallaq zərbəsinə və cəriməyə məhkum edilən siyasi mhbusa əlavə cəzalar da verilib.

Onun həbsdən sonra sürgün edilməsinə qərar verilib, iki il müddətinə ölkədən çıxışına, ağıllı telefondan istifadəsinə, siyasi və ictimai fəaliyyətlər göstərməsinə qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar