SON XƏBƏRLƏR

Tehran şəhərində milli fəalları dəstəkləmək üçün divarlara şüarlar yazılıb

2024.02.12, 11:39
Tehran şəhərində milli fəalları dəstəkləmək üçün divarlara şüarlar yazılıb

Güney Azərbaycan milli hərəkat aktivistləri Tehran şəhərinin qərbində yerləşən əksəriyyəti Azərbaycan türkləri olan Əkbərabad mikrorayonunda şüarlar yazıblar. 

Gunaz.tv

Aktivistlər “siyasi məhbuslara özgürlük” şüarı ilə həbsdə olan güneyli məhbusların azadlığa buraxılmalarını tələb ediblər. 

Həmçinin divarlarda “Zindanmış bu qaranlıq otaq, nə qəm, mənə imanımın işığı yetər” və “Budur bizim şüarımız: Allah, millət, vətən” şüarları yazılıb.

Qeyd edək ki,  bir neçə gündür Güney Azərbaycan milli aktivistlərinə qarşı İran hakimiyyətinin təhlükəsizlik idarələri tərəfindən yeni basqılar dalğası başlanmaqla müxtəlif şəhərlərdə, o cümlədən Rəşt, Ərdəbil, Tehran və başqa yerlərdə xeyli sayda Güneyli həbs edilib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar