SON XƏBƏRLƏR

AİB “Orta Dəhliz”in mühüm həlqəsi olan Dəmiryol Dəhlizinə təhlükəsizlik dəstəyi verir

2024.02.13, 10:55
AİB “Orta Dəhliz”in mühüm həlqəsi olan Dəmiryol Dəhlizinə təhlükəsizlik dəstəyi verir

Hazırda Avropa İnvestisiya Bankı (AİB) “Orta Dəhliz”in mühüm həlqəsi olan Bakı - Böyük Kəsik Dəmiryol Dəhlizi boyunca dəmiryolu ilə avtomobil nəqliyyatının kəsişməsində təhlükəsizliyin təkmilləşdirilməsi üçün məsləhətlərlə bağlı öz dəstəyini verir.

Gunaz.tv

Bu barədə Avropa İnvestisiya Bankından “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, bu dəstək "Azərbaycan Dəmir Yolları" QSC-yə təhlil, müdaxilələrin prioritetləşdirilməsi və dizayn tədqiqatlarının əhatə dairəsinin müəyyən edilməsində kömək edəcək: “AİB bu dəstəyi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Şərq Tərəfdaşlığı ölkələrinə nəqliyyat əlaqələrini yaxşılaşdırmaq üçün pulsuz məsləhət dəstəyi və texniki yardım təklif edən “JASPERS” tərəfindən idarə edilən Şərq Tərəfdaşlığı İnvestisiya Mexanizmi (EPIC) çərçivəsində təmin edir”.

Qeyd olunub ki, hazırkı mərhələdə Avropa İnvestisiya Bankının Azərbaycanla bağlı təsdiqlənmiş hansısa investisiya layihəsi yoxdur.

“Avropa İnvestisiya Bankı üçün həm Avropa İttifaqı, həm də bunun xaricində olan dövlətlərdə nəqliyyat sektorunda kreditləşmə prioritet məsələdir. AİB qrupunun İqlim Bankı Yol Xəritəsi ilə müəyyən edilən məhdudiyyətlərə uyğun olaraq bu gün əsas hədəflərdən biri dayanıqsız nəqliyyat sistemlərini gələcəyin dayanıqlı nəqliyyat sistemlərinə çevirən layihələri dəstəkləməkdir. Avropa ittifaqından kənardakı əməliyyatlar üzrə məsul olan AİB Qlobal Azərbaycanda da fəaliyyət göstərir. AİB Qlobal Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq prioritetlərinə uyğun layihələrin maliyyələşdirilməsini nəzərdən keçirməyə hazırdır”, - deyə vurğulanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar