SON XƏBƏRLƏR

Qəzvində məktəblər bağlandı

2024.02.15, 10:56
Qəzvində məktəblər bağlandı

Fevralın 14-də İranın iki əyalətində magistral qaz kəmərlərində baş verən partlayışlardan sonra yaranan qaz qıtlığına görə bu gün Qəzvin əyalətinin bütün məktəblərində tətil elan edilib.

Gunaz.tv

Bu barədə Təhsil Nazirliyinin yerli bölməsi məlumat yayıb.

Məlumatda bunun qaz sərfiyyatına qənaət etmək məqsədilə olduğu və dərslərin onlayn keçiriləcəyi bildirilib.

Qeyd edək ki, bununla yanaşı, partlayışdan sonra İranın başqa bir neçə əyalətində də sənaye müəssisələrinə qazın verilişi dayandırılıb.

İranın neft naziri Cavad Oci qaz kəmərilərindəki partlayışları təxribat adlandırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar