SON XƏBƏRLƏR

Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib

2024.02.16, 14:29
Türkiyə XİN AŞPA-ya Azərbaycanla bağlı çağırış edib

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.

Gunaz.tv

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə XİN bəyanat yayıb.

Qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir: “Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar