SON XƏBƏRLƏR

Ərdəbildə qəzalı məktəblərin sayı açıqlandı

2024.02.17, 10:20
Ərdəbildə qəzalı məktəblərin sayı açıqlandı

Ərdəbil əyalətində məktəb çatışmazlığı yaşanır və mövcud olan məktəblərin çoxu qəzalı və istifadəyə yararsız vəziyyətdədir.

Gunaz.tv

Bu barədə Ərdəbil əyalətinin Təhsil İdarəsinin başçısı Kəlamullah Səfəri açıqlama verib.

O, əyalətdə 3661 sinif otağından ibarət 750 məktəbin qəzalı vəziyyətdə və onların yernidən qurlmasına ehtiyac olduğunu deyib.

Səfərinin sözlərinə görə, ölkə səviyyəsində ortalama standarta yaxınlaşmaq üçün Ərdəbil əyalətində 6500 yeni sinif otağı inşa edilməlidir.

Qeyd edək ki, uzun illərdir Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri üçün vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi çox hallarda yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar