SON XƏBƏRLƏR

İran milli yığmasının məğlubiyyətinə sevinən 10 yeniyetmə həbs edildi

2024.02.17, 12:12
İran milli yığmasının məğlubiyyətinə sevinən 10 yeniyetmə həbs edildi

İranın Kirmanşah əyalətinin Cavanrud şəhərində İran milli yığmasının Qətər yığması qarşısında məğlubiyyətinə sevinən 10 yeniyetmə həbs edilib.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, həbs edilənlərin hamısı 16 və 17 yaşlarında yeniyetmələrdir.

Qeyd edək ki, fevralın 7-də Asiya Millətlər Kubokunun yarımfinalında İranın futbol üzrə milli yığması Qətərlə qarşılaşıb və görüş 3:2 hesabı ilə Qətərin xeyrinə başa çatıb. 
 
Bununla da İran yığması Asiya Millətlər Kubokunun final mərhələsinə yüksələ bilməyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar