SON XƏBƏRLƏR

İranda dəhşətli qətliam

2024.02.17, 12:17
İranda dəhşətli qətliam

Kirman Əyalətinin Faryab rayonunda bir kişi öz ailəsinin 12 üzvünü odlu silahla öldürüb.

Gunaz.tv

Bu barədə Kirman Əyaləti Baş Prokurorluğunun rəisi bilidrib. 

“Səhər fevral ayının 16-da 30 yaşlı kişi kalaşnikov silahı ilə Məzrəə İmam və Ədvari kəndlərində 12 qohum-əqrəbasını öldürüb.

Cinayət ailə münaqişəsi zəminində olub”-deyə İbrahim Həmidi məlumat verib. Onun sözlərinə görə cinayətkarın atası, qardaşı və qardaşı arvadı öldürülənlər sırasındadır.

 Cinayət əməli fərqli mənzillərdə törədilib və cinayətkarın əməliyyat zamanı məmurlara atəş açarkən öldürüldüyü bildirilib. 

Həmçinin öldürülənlərin sırasında bir neçə uşağın və qadının olduğu, habelə azı 3 nəfərin də yaralandığı qeyd olunub.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar