SON XƏBƏRLƏR

Təbrizdə mədəni aksiya - "Kimlik qalamız, ana dilimiz"

2024.02.19, 15:23
Təbrizdə mədəni aksiya - "Kimlik qalamız, ana dilimiz"

21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində milli-mədəni fəallar Təbrizdə mədəni aksiya keçirib və uşaqlara Azərbaycan dilində kitablar paylayıblar.

Gunaz.tv

Bu barədə fəallar sosial mediada paylaşım ediblər.

"Kimlik qalamız, ana dilimiz" şüarı altında keçirilən mədəni aksiyada Azərbaycan dili, mədəniyyəti və ana dilində təhsil hüququ ilə bağlı maarifləndirici bülletenlər də paylanılıb.

Qeyd edək ki, hər il 21 fevral Beynəlxalq Ana Dili günü, 17 dekabr Azərbaycan dilində kitabların 1946-cı ildə yandırılmasının ildönümü günü və İranda yeni təhsil ilinin başlanması ilə əlaqədar oxşar tədbirlər keçirilir.

İran Konstitusiyasının 15-ci maddəsinə əsasən qeyri-fars dillərinin tədrisinin və mediada istifadəsinin azad elan edilməsinə baxmayaraq, İran hökuməti 44 ildir ki, bu prinsipin həyata keçirilməsinə mane olub və on milyonlarla azərbaycanlını ana dilində təhsil hüququndan məhrum edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar