SON XƏBƏRLƏR

İranda qeyri-fars millətlərin dillərinin qorunması tələb olunub

2024.02.21, 11:15
İranda qeyri-fars millətlərin dillərinin qorunması tələb olunub

İran Müəllimlərinin Həmkarlar İttifaqı fevralın 21-i Beynəlxalq Ana Dili Günü münasibəti ilə qeyri-fars millətlərin dillərinin qorunmasını tələb edib.

Gunaz.tv

İttifaqın Koordinasiya Şurası bu barədə bəyanat yayaraq “İranda dillərin məhv edilməsinin sistemli şəkildə aparıldığını” bildirib.

“Fərqli dillərdə vətəndaşların olduğunu nəzərə almadan ancaq bir dildə təhsil siyasətinin davam etdirilməsi elmi yanaşma və demokratoya prinsiplərinə uyğun olmadığına görə tamamilə yanlışdır. 

Vətəndaşların hansı dildə təhsil seçimi hüquqlarını müdafiə edirik.” bəyanatda deyilir.

Şura həmçinin bildirib ki, “təhsilin ancaq bir dildə davam etdirilməsi siyasəti ədalətsiz olmaqla İran adına sisyasi coğrafiya daxilində qeyri-fars xalqların hüquqlarının pozulmasıdır”.

 Bəyanatın sonunda İran hakimiyyətinin assimilyasiya siyasəti olaraq “qeyri-fars dilləri məhv etmə” siyasəti qınanılıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar