SON XƏBƏRLƏR

İranlı nazirdən yeni iddia: Qaz kəmərlərini İsrail partladıb

2024.02.21, 13:33
İranlı nazirdən yeni iddia: Qaz kəmərlərini İsrail partladıb

Ölkənin magistral qaz kəmərlərindəki partlayışlar İsrail hücumları ilə bağlı olub.

Gunaz.tv

Bu barədə İranın neft naziri Cavad Ovci danışıb.

O, bildirib ki, düşmən böyük əyalətlərdə məişət qazını kəsməklə qaz təchizatında problem yaratmaq niyyətində olub.

“Düşmənin sui-qəsdi zərərsizləşdirildi. Daha çox dağlıq və səhralıq ərazilərdə olan qaz xətləri ən qısa müddətdə təmir edildi”.

Qeyd edək ki, fevralın 14-də İranın Kohgiluye və Boyerəhməd, Fars əyalətlərində magistral qaz kəmərləri partladılıb.

Bununla yanaşı, Tehranın müxtəlif yerlərində bir neçə partlayış olub. 

Bu barədə İsrail hücumu iddiası səslənsə də, iranlı rəsmilər bunun milli təhlükəsizliklə bağlı olmadığını iddia etmiş, bir neçə gün sonra isə qaz kəmərlərinin partladılmasını İran-Əfqanıstan sərhədində yerləşən sələfi qrupunun işi olduğunu demişdi.

Xatırladaq ki, Cavad Ovcinin magistral qaz kəmərlərinin qısa müddətdə təmir edilməsi ilə bağlı iddialarına baxmayaraq, ölkədə qazın verilişi 30% azalıb.

Bir neçə əyalətdə zavodlar və sənaye mərkəzlərinə qaz verilişi dayandırılıb və onlara alternativ yanacaqdan istifadə tövsiyə edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar