SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti İranda antifilterlərdən istifadə ilə bağlı qərarı pislədi

2024.02.22, 13:39
ABŞ Dövlət Departamenti İranda antifilterlərdən istifadə ilə bağlı qərarı pislədi

İran hökumətinin antifiterlərdən istifadəni qadağan edən qərar qəbul etməsi hakimiyyətin xalqdan qorxduğuna işarədir.

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metu Miller deyib.

"Bu qərar İran hökumətinin insanların internetə və informasiyaya maneəsiz çıxışndan nə qədər qorxduğunun göstəricisidir", o, bildirib.

Metyu Miller əlavə edib ki, İran hökuməti internetə tətbiq etdiyi məhdudiyyətlərlə ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurub və insanların informasiyaya çıxışının qarşısını kəsib.

Dövlət Departamentinin sözçüsü İnternet azadlığının dəstəklənməsi və İran vətəndaşlarının internetə çıxışının təmin edilməsi üçün bundan sonra da səy göstərəcəklərini söyləyib.

"İran vətəndaşlarının internet və informasiyaya sərbəst çıxışını təmin etmək Tehran hakimiyyətinə qarşı fəaliyyətlərimizdə əsas priotetlərdən biri olacaq",- Miller vurğulayıb.

Qeyd edək ki, internetə çıxışın məhdudlaşdırılması və antifilterlərdən istifadənin qadağan edilməsi ilə bağlı qərar yanvarın 9-da Əli Xamənei tərəfindən təsdiq edilib.

Bundan sonra Kiber Məkan Ali Şurası bu barədə yeni qərar verib və qanuni icazənin alındığı hallar istisna olmaqla, filtr sındıran proqramlardan istifadə qanunsuz elan edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar