SON XƏBƏRLƏR

Güneyli aktivistlər Yürüş Mehərlibəyli ilə görüşüblər

2024.02.23, 13:32
Güneyli aktivistlər Yürüş Mehərlibəyli ilə görüşüblər

Onlar fevralın 22-də Yürüş bəyin Culfa rayonu Şüca kəndindəki atası evində görüşərək onun və digərlərinin Güney Azərbaycan hüquqları sahəsində mübarizələrini alqışlayıblar. 

Gunaz.tv

Şərqi Azərbaycan Əyaləti Culfa rayonu Müəllimlər Ocağının bir sıra üzvləri, həmçinin Təbriz və Daş Makı şəhərlərinin aktivistlərindən bir sırası Azərbaycan milli hərəkatının tanınmış siyasi aktivisti Yürüş Mehrəlibəyli ilə görüşüb fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, aktivist Təbriz şəhəri Təhlükəsizlik İdarəsində 104 gün həbsdə saxlanılandan sonra fevralın 18-i məhkəməyə təzminat qismində mülk sənədi qoyularaq ona qarşı açılmış işin istintaqı tam bitirilənə qədər müvəqqəti azad olunub. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar