SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində sosial media fəalları saxlanıldı

2024.02.29, 11:04
Qərbi Azərbaycan əyalətində sosial media fəalları saxlanıldı

Qərbi Azərbaycan əyalətində 50 sosial media fəalı və sosial media şəbəkəsi admini həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin polis rəisi Rəhim Cahanbəxş bildirib.

Polis rəisi fəalların "ictimai rəydə təşviş yaratdıqları və seçkiləri boykota çağırdıqları" üçün saxlanıldıqlarını deyib.

Məlumatda fəalların kimliyi və harada saxlanıldıqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, ekspertlər martın 1-də keçirilməsi planlaşdırılan seçkilərin sönük keçəcəyini proqnozlaşdırırlar.

"Vətəne emruz" qəzetinin keçirdiyi rəy sorğusuna görə, vətəndaşların 52%-i seçkinin keçiriləcəyi vaxtın tarixi barədə məlumatsızdır.

İran radio və televizyasının fevralın 26-da keçirdiyi rəy sorğusunda isə vətəndaşların yalnız 41.5 faizi seçkilərə qatılacaqlarını bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar