SON XƏBƏRLƏR

Nərgiz Məhəmmədi atasının dəfn mərasiminə buraxılmadı

2024.02.29, 16:00
Nərgiz Məhəmmədi atasının dəfn mərasiminə buraxılmadı

Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədiyə dünyasını dəyişən atasının yasında iştirak etmək üçün müvəqqəti məzuniyyət icazəsi verilməyib.

Gunaz.tv

Bu barədə Məhəmmədinin ailəsi məlumat yayıb.

Məlumatda onun Kərim Məhəmmədinin dəfn mərasimində iştirakına təhlükəsizlik orqanlarının mane olduğu bildirilib.

Bundan sonra Evin həbsxanasında saxlanılan 60 qadın məhbus bəyanat yayıb və Nərgiz Məhəmmədiyə qarşı olan ədalətsizliyə etiraz olaraq oturaq aksiya keçirdiklərini bəyan ediblər.

Onlar son 22 ay ərzində Nərgiz Məhəmmədinin atası ilə görüşünə icazə verilmədiyini yazıb, hakimiyyətin bu vasitə ilə siyasi fəala psixoloji və mənəvi işgəncə verdiyini vurğulayıblar.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar