SON XƏBƏRLƏR

Sudan İranın təklifini rədd etdi

2024.03.04, 09:15
Sudan İranın təklifini rədd etdi

Tehran Qırmızı dənizin Sudan sahillərində öz hərbi-dəniz bazasının yaradılması ilə bağlı danışıqlar aparsa da bu, uğursuz alınıb.

Gunaz.tv

Bu barədə şənbə günü Wall Street Journal (WSJ) Sudan kəşfiyyatçısı Əhməd Həsən Məhəmmədə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İran bu yolla dəniz nəqliyyatına nəzarət etməyə ümid edirdi, həmçinin bazadan “kəşfiyyat məlumatları toplamaq” üçün istifadə etməyi və orada hərbi gəmilər yerləşdirməyi planlaşdırırdı. Razılıq müqavilində Tehran ölkənin çevik reaksiya bölmələri (xüsusi təyinatlılar) ilə silahlı qarşıdurmanı davam etdirən Sudan ordusuna helikopter daşıyıcısı tədarük edəcəyinə söz verib. Nəşrin həmsöhbəti bildirib ki, Xartum İrandan imtina edib, çünki o, ABŞ və İsraillə münasibətləri çətinləşdirmək istəmirdi.

Qəzet iddia edir ki, Tehran Yəmənin üsyançı Ənsar Allah (Husi) hərəkatını silahla təmin edir. İranın BMT-dəki daimi nümayəndəsi bundan əvvəl ABŞ-ın bununla bağlı ittihamlarını rədd etmişdi.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar