SON XƏBƏRLƏR

Qərbi Azərbaycan əyalətində silahlı qarşıdurma olub

2024.03.04, 12:12
Qərbi Azərbaycan əyalətində silahlı qarşıdurma olub

Qərbi Azərbaycan əyalətinin Bukan bölgəsində SEPAH məmurları ilə silahlı qruplaşma üzvləri arasında qarşıdurma olub.

Gunaz.tv

Bu barədə SEPAH-ın Quru Qoşunlarının "Həmzə Seyid əl-Şühəda" qərargahının ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Təxribat törətməyə hazırlaşdıqları iddia edilən 3 nəfərdən ikisinin öldürüldüyü, birinin isə yaralandığı bildirilib.

Bununla yanaşı, qeyd edilib ki, silahlıların qaçmasına yardım etməyə çalışan daha 3 nəfər həbs edilib.

Onların kimliyi və hansı təşkilata mənsub olduqları barədə açıqlama verilməyib.

Qeyd edək ki, adı çəkilən bölgədə kürd silahlı qruplaşmaları fəaldır.

GünazTV
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar