SON XƏBƏRLƏR

SEPAH komandiri konsertlər keçirmək barədə xəbərdarlıq edib

2024.03.04, 14:19
SEPAH komandiri konsertlər keçirmək barədə xəbərdarlıq edib

SEPAH-ın Kərbəla alayı komandiri bayram günlərində konsertlər keçirmək zamanı qırmızı xətlərin aşması barədə xəbərdarlıq edib.

Gunaz.tv

Siyavuş Müslimi Novruz bayramının Ramazan ayına təsadüf etdiyini deyərək konsertlərdə iştirakçılar tərəfindən “qırmızı xəttin aşılması” barədə xəbərdarlıq edib. 

Müslimi Əyalət bələdiyyələrinin martın 3-ü keçirdiyi toplantıda iştirak edərək onlara deyib: “Qırmızı xətlərin aşılmaması barədə bir sıra bələdiyyələr tədbir görə bilməyəcəksə öncədən bildirməklə SEPAH özü lazımı tədbirləri görəcək.” 

SEPAH komandiri həmçinin İslama Çağırış (İrşad) İdarəsi və konsert keçirməyə lisenziya alanlara da xəbərdarlıq edərək “qırmızı xətləri keçməməyi nəzərə almalıdırlar” deyə qeyd edib.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində sahilyanı şəhərlərə xeyli turist axını olur. 2022-ci ildə başlamış “qadın, yaşam, azadlıq” hərəkatından sonra həmin günlərdə konsertlər zamanı qadınlar sərbəst geyimlə iştirak edir. 

İran hakimiyyətinin hicab məsələsini özünün qırmızı xətti hesab etdiyindən 2024-cü ilin Novruz bayramı günlərində vətəndaşlara, xüsusilə də Novruz bayramı ərzində səfər edənlərə sosial təzyiq və nəzarətləri daha da artıracağı gözlənilir.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar