SON XƏBƏRLƏR

Seçkiyə görə xanım yazıçı prokurorluğa çağırıldı

2024.03.06, 11:21
Seçkiyə görə xanım yazıçı prokurorluğa çağırıldı

Tanınmış yazıçı və ictimai fəal Sədiqə Vəsməqi Evin həbsxanasının Prokurorluğuna çağırılıb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, yazıçıya göndərilən çağırış vərəqəsində onun nədə ittiham olunduğu barədə açıqlama verilməyib.

Vəsməqinin yaxınları yazıçıya təzyiqin seçkilərdə iştirak etməməklə bağlı çıxış və paylaşımlarına görə olduğunu bildirirlər.

"Mənim səsim dəyərlidir. Buna görə onu xalqa aid olmayan seçki qutusuna atmayacağam",- yazıçı seçkilən əvvəl çıxışında deyib.

S.Vəsməqi bundan əvvəl Əli Xaməneiyə yazdığı açıq məktubda məcburi hicab qaydalarının tətbiqini tənqid edib.

O, bu məhdudiyyətlər və məcburiyyətdən irəli gələn siyasi, mədəni, ictimai, əxlaqi və s. problemlərə görə Xaməneinin məsuliyyət daşıdığını bildirib.

GünaTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar