SON XƏBƏRLƏR

Urmuda torpaq iddiaçılarına cavab: Urmu Azərbaycanın ürəyidir

2024.03.06, 12:00
Urmuda torpaq iddiaçılarına cavab: Urmu Azərbaycanın ürəyidir

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilən idman yarışında Azərbaycana qarşı torpaq iddiaları irəli sürənlərə cavab şüarları səsləndirilib.

Gunaz.tv

Ərak şəhərinin “Petropalayeş Şazənd” komandası ilə Urmu şəhərinin "90 Urmiya" futbol komandasının oyunundan öncə azərbaycanlı azarkeşlər üzərində "Urmiya Azərbaycanın ürəyidir" yazılan plakat açıb, milli şüarlar səsləndiriblər.

Onlar Qərbi Azərbaycan əyalətində keçirilən son parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığına, Urmudan 3 namizəddən 2 kürdün parlamentə göndərilməsinə reaksiya veriblər.

"Urmu Azərbaycanın ürəyidir" şüarları səsləndirən azarkeşlər, mühacir kürdlərin ərazi iddialarını pisləyiblər.

Qeyd edək ki, İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələrinin açıqlanması və iki kürd namizədin qalib elan edilməsindən sonra Urmiyada aksiyalar keçirilib.

Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər "Urmiya Kürdüstan" şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər.

Kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək kürdlərin qələbəsini təbrik ediblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar