SON XƏBƏRLƏR

ABŞ 2 gəmi və cəmiyyətə sanksiya tətbiq edib

2024.03.07, 11:49
ABŞ 2 gəmi və cəmiyyətə sanksiya tətbiq edib

Amerika Maliyyə Nazirliyi İran tərəfindən husilərə yardımları asanlaşdırma səbəbəindən 2 gəmi və 2 mükkiyyətçi cəmiyyətlərinə sanksiya tətbiq edib.

Gunaz.tv

Nazirliyin bildirməsinə istinadən həmin cəmiyyətlər Honkonq və Marşal Adalarında yerləşirlər. 

“İranda yerləşən və Səid Əl-Camalın rəhbərliyində olan husilərdən ibarət banda həmin gəmilərdən İran istehsalı malların daşınmasına istifadə ediblər. 

Səid Əl-Camalın bu fəaliyyətindən alınan gəlir Qırmızı Dəniz və Ədən Körfəzində beynəlxalq ticarət gəmilərinə həmlələr edən husi yaraqlılarına köməklik üçün istifadə olunur” nazirliyin bəyanatında deyilir. 

Bəyanata əsasən Palau bayrağı ilə hərkət edən və Marşal Adalarında bir cəmiyyətə məxsus Reniz (RENEEZ) gəmisi, həmçinin Panama bayrağı ilə hərkət edən və Honkonqda bir cəmiyyətə məxsus Eternal Fortun (ETERNAL FORTUNE) gəmisinə sanksiya qoyulub.

Eyni zamanda həmin cəmiyyətlər Əl-Camalı dəstəkləmək məqsədi ilə onun mallarına maddi və texnoloji köməkliklər və xidmətlər göstərdikləri səbəbindən Amerikanın sanksiya siyahısına salınıblar.

Nazirlik həmçinin bildirib ki, husi kapitalist Səid Əl-Camal İranda yaşayır. 

O, İran maliyyə yardımlarını Yəmən husilərinə çatdırmaqda ittiham olunaraq 2011-ci ildə sanksiya tətbiq olunub. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar