SON XƏBƏRLƏR

Təbrizli yazıçının anım günüdür

2024.03.07, 13:46
Təbrizli yazıçının anım günüdür

Təbrizli şair və yazıçı Süsən Nəvadə Razinin anım günüdür.

Gunaz.tv

O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra 2023-cü ilin 7 martında dünyasını dəyişib.

1962-ci ildə Təbrizin Şəhriyar məhəlləsində dünyaya gələn Süsən Nəvadeyi Rəzi uzun illər “Məhdi Azadi” qəzetinin türkcə bölümündə çalışıb.

Ömrünün son illərini “Təməddün” qəzetinin türkcə bölümündə Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı yazılar yazmaqla keçirib.

Nəvadeyi Rəzi “El bilimi” və “Folklorçu xanımlar” mədəni-ədəbi dərnəklərinin idarə heyətinin üzvü olub.

Onun “Arzuların gülşən bağı”, “Təbrizim kimi”, “Günlərin bir günündə”, “Muncuq hekayələri” və Azərbaycan dilində başqa bir neçə kitabı nəşr edilib. 

Qeyd edək ki, bu gün yerli vaxtla günortadan sonra saat 16:00-dan 19:00-a dək  Təbrizin Şahgölü parkının Əndişe zalında azərbaycanlı xanım yazıçının anım mərasimi keçiriləcək.  

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar