SON XƏBƏRLƏR

Fəhlələr maaşlarının ödənilmədiyinə görə tətilə başlayıblar

2024.03.09, 13:29
Fəhlələr maaşlarının ödənilmədiyinə görə tətilə başlayıblar

Mahşəhr şəhəri Maron-5 Neftkimya Zavodunun azı 400 işçisi martın 7-dən tətilə başlayıblar.

Gunaz.tv

Bu barədə “Mədəni Etiraz” Teleqram kanalı sosial şəbəkələrdə paylaşılmış videolara əsasən məlumat yayıb.  

Xozistan Əyalətində yerləşən zavodda fəaliyyət göstərən podratçı “Petro Niru Saba” Cəmiyyətinin işçiləri maaşlarının 4 aydır ödənilməməsinə etiraz olaraq işləməkdən imtina ediblər.

Həmçinin qeyd olunub ki, zavodun müdiriyyəti fəhlələr üçün sosial sığorta haqqını ötən ilin dekabrından Əhalinin Sosial Təminatı Təşkilatına ödəməyi dayandırıb. 

İran mediasında nəşr olunan xəbərlərə istinadən tətil keçirən fəhlələr problemlərini rayonun icra başçısına, məclis deputatına və neftkimya kompleksinin rəhbərliyinə dəfələrlə bildirib. 

Lakin təxminən 20 gün əvvəl problemlərin həll olunacağına söz verilsə də hələ bu barədə heç bir tədbir görülməyib. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar