SON XƏBƏRLƏR

Güneyli aktivistə maksimum cəza verilməsi tələb olunub

2024.03.12, 11:49
Güneyli aktivistə maksimum cəza verilməsi tələb olunub

Təbriz şəhərinin prokuroru güneyli milli-mədəni aktivist Boksor Kərim kimi tanınan Kərim İsmayılzadəyə maksimum cəza verilməsini tələb edib.

Gunaz.tv

Prokuror Məhbub Əlili 4 səhifədən ibarət ittiham aktı göndərməklə Apellyasiya Məhkəməsinin 2- Şöbəsindən aktivitin əleyhinə mümkün qədər ağır  cəza verilməsini xahiş edib. 

Qeyd edək ki, Kərim İsmayılzadənin fəaliyyətləri İran konstitusiyasına tamamilə uyğundur. 

Aktivist Urmu Gölünün acınacaqlı vəziyyətdə olduğu və Araz çayının Ermənistan tərəfindən radioaktiv tullantılarla çirkləndiyi barədə sosial şəbəkələrdə “Urmu və Araz üçün birlik” kampaniyasına start vermişdir. 

O, bu tip qanuni fəaliyyətlərinə görə martın 6-da 6 ayadək həbsə məhkum olunub. 

Bu azmış kimi Təbriz şəhərinin prokuroru ona maksimum cəza verilməsini tələb edib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar