SON XƏBƏRLƏR

İran həbsxanalarında 4 məhbus edam edildi

2024.03.12, 14:44
İran həbsxanalarında 4 məhbus edam edildi

İranın İlam və Kərəc şəhərlərinin həbsxanalarında 4 məhkumun edam cəzası icra edilib.

Gunaz.tv

Bu barədə yerli insan haqları müdafiəçiləri həbsxanadakı mənbələrə istinadən məlumat yayıb.

Edam edilənlərin hamısının qətldə ittiham olunduqları, ikisinin isə Əfqanıstan vətəndaşı olduğu bildirilib.

Qeyd edək ki,  2023-cü ildə İran həbsxanalarında 834 məhkum edam edilib və bu öncəki illə müqayisədə 43% çoxdur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar