SON XƏBƏRLƏR

İran Livana silah çatdırmaq üçün Avropa limanlarından istifadə edir

2024.03.15, 12:17
İran Livana silah çatdırmaq üçün Avropa limanlarından istifadə edir

Britaniyanın Teleqraf qəzeti əldə etdiyi məlumata istinad edərək bildirib ki, İran taktikasını dəyişməklə Livana silahı Avropanın imkanlarından istifadə etməklə göndərir. 

Gunaz.tv

Qəzet bu barədə məlumatı adlarını açıqlamadığı qaynaqlara istinadən bildirib. 

“Raketlər və bombalar Belçika, İspaniya və İtaliyanın dəniz limanlarında lövbər salan gəmilər vasitəsi ilə Livanın terrorist Hizbullah qurpuna çatdırılır” Teleqraf qəzeti yazıb.

Ayrıntılı olaraq bildirilib ki, İranın Hizbullaha göndərdiyi silahlar və sair əmtəələr Belçikada Antverp, İspaniyada Valensiya və İtaliyada Ravena dəniz limanları vasitəsi ilə çatdırılır. 

Gəmilər oradan Suriyadakı Lazəqiyyə limanına, sonra Livanın cənubuna yola düşürlər.

İsraildə yüksək vəzifəli bir təhlükəsizlik rəsmisi bu barədə qəzetə deyib: “Avropanın limanları göndərilən partiyaların mahiyyətini və mənşəyini gizlətmək üçün bir vasitə kimi istifadə olunur. Bu məsələ azı 3 ildir davam edir”.

Qeyd edək ki, İsrail quru yolla və İraq vasitəsi ilə Suriyaya və oradan Livana göndərilən hərbi sursat karvanlarını vurduğu səbəbindən İran dəniz yolu ilə silah göndərməyə başlayıb. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar