SON XƏBƏRLƏR

ABŞ İrandan elektrik idxalı üçün İraqa güzəştin müddətini uzadıb

2024.03.15, 13:01
ABŞ İrandan elektrik idxalı üçün İraqa güzəştin müddətini uzadıb

Ağ Ev İrandan elektrik idxalı üçün İraqa sanksiya güzəştinin müddətii 120 gün də uzadıb.

Gunaz.tv

Lakin İraqa elektrik ixracından İranın etdiyi qazanc ancaq humanitar məqsədlər üçün istifadə oluna bilər. 

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller martın 14-ü keçirdiyi brifinqdə deyib: “Sanksiyanın güzəşt şərtlərinə əsasən İrana heç bir növ vəsaitin köçürülməsinə icazə verilməyib. 

İlk dəfə 2018-ci ildə olmaqla indiyədək İraq üçün 21 sanksiyadan güzəşt çıxarılıb”.

Miller açıqlamanın davamında əlavə edib: “Məbləğlər müəyyən bir hesabda saxlanılmaqla İran ondan ancaq dərman, qida maddələri, tibbi cihazlar, kənd təsərrüfatı məhsullarını almaq və sanksiyalar tətbiq edilməyən sair alış-verişlər üçün istifadə edə bilər”.

O, həmçinin sanksiyadan güzəşt müddətinin uzadılması məqsədi barədə danşıb: “Bu güzəşt İrandan elektrik idxalına görə borcun İraq tərəfindən  üçüncü bir ölkədə Tehrana məxsus bank hesabına köçürmək üçün imkan verir”.

Xatırladaq ki, İraq rəsmilərinin bildirmələrinə əsasən İrandan qaz və elektrik idxalına ehtiyacdan qurtarmaq üçün azı 2 il vaxt lazımdır. 

Taymaz
.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar