SON XƏBƏRLƏR

Azğınların torpaq iddialarına Güney Azərbaycandan cavab 

2024.03.19, 13:17
Azğınların torpaq iddialarına Güney Azərbaycandan cavab 

Kürdlərə bağlı terrorist qrupların Güney Azərbaycanın Urmu şəhəri və Qərbi Azərbaycan Əyalətinin digər bölgələrinə torpaq iddialarına yumruqla cavab verilib.

Gunaz.tv

Xatırladaq ki, matın 1-də  keçirilmiş İran İslami Şura Məclisinə Deputat seçkilrəindən sonra kürd terrorist qruplara bağlı köçəri sakinlər Urmuda toplaşaraq “Urmiya Kürdüstandır” şüarı səslnədiriblər.  

Belə bir azğınlığa cavab olaraq Azərbaycanın şəhərlərində, o cümlədən Qəzvin və Əldəbildə yumruq qaldırılmaqla şüarlar səsələndirilib. 

Belə ki, Qəzvin şəhəri Stadionunda şəhərin Şəms Azər Futbol Komandasının, həmçinin Ərdəbil şəhəri Taxti adına Stadionunda şəhərin Ayəndəsazan Futbol Komandasının azarkeşləri martın 17-də keçirilmiş fərqi yarışlarda milli şüarlar səsləndiriblər. 

“Bu torpaqdan pay olmaz, Urmu Kürdüstan olmaz” və “Yaşasın Azərbaycan” şüarları torpaq iddiasında olanlara xitabən azarkeşlərin yumruğu ilə müşayiət olunub. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar