SON XƏBƏRLƏR

"Tehran, Pekin və Moskvanın birləşməsi narahatlıq doğurur"- ABŞ

2024.03.22, 11:11
"Tehran, Pekin və Moskvanın birləşməsi narahatlıq doğurur"- ABŞ

ABŞ Mərkəzi Komandanlığı Tehran, Pekin və Moskvanın birlyinin narahatlıq doğurduğu və ölkənin maraqlarına hədə olduğunu deyib.

Gunaz.tv

General Maykl Erik Kurilla həmçinin Vaşınqtonun Orta Şərqdə qarşıdurma niyyətində olmadığını, ancaq ABŞ qüvvələrinə hücumlara qarşı susmayacağını bir daha vurğulayıb.

SentKomun komandanı Kurilla bu sözləri martın 21-də Nümayəndələr Palatası Silahlı Qüvvələr Komitəsninin dinlənilməsi iclasında deyib. 

“Tehran sanksiyaların olduğu bir halda İran neftinin 90 faizini Çinə satır. Əslində Pekin İranın pisniyyətli və təxribatçı hərəkətlərinə maliyyə təmin edəndir. 

Ümumiyyətlə İran, Çin və Rusiya əlaqələrini gücləndirir və çaxnaşmaları alovlandırmaqla yaranmış şəraitdən öz xeyirlərinə istifadə edirlər”- deyə SentKomun başçısı vurğulayıb. 

General Kurilla senatorların sullarına cavab olaraq İran gəmilərinə hücum etməyə səlahiyyətinin olmadığı və buna Baydenin göstəriş verməsinin lazım olduğunu deyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar